Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?

Putinin qorxunc planı ilə bağlı XƏBƏRDARLIQ - SSRİ-ni bərpa edir?
Kateqoriya məlum deyil
T

Almaniyanın xarici işlər naziri İohann Vadeful Rusiyanın Ukraynadan kənarda da planlarının olduğunu və bunun SSRİ-nin bərpası ilə əlaqəli ola biləcəyini iddia edib.

Sfera.az xəbər verir ki, nazirin sözlərini Almaniyanın NTV telekanalı yayıb.

Vadeful Rusiya prezidenti Vladimir Putinin SSRİ-nin dağılmasını XX əsrin ən böyük geosiyasi fəlakəti adlandırmasını xatırladıb. Onun sözlərinə görə, əgər bu, ən böyük fəlakət hesab olunursa, Rusiya lideri “yəqin ki, onu düzəltmək istəyir”.

Almaniya XİN rəhbəri hesab edir ki, Rusiyanın planları yalnız Ukrayna ilə məhdudlaşmır. Onun sözlərinə görə, söhbət Ukrayna ilə yanaşı, Gürcüstan, Moldova və Baltikyanı ölkələrdən gedə bilər.

Vadeful bildirib ki, Baltikyanı ölkələr Avropa İttifaqı və NATO-ya üzv olduqları üçün onların müttəfiqləri də mümkün təhlükənin təsir dairəsinə düşür.

“Bu səbəbdən Rusiyanın daha geniş planlarının olduğunu ehtimal etməliyik”, - deyə Almaniya XİN rəhbəri bildirib./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR