İranda silahlı qarşıdurma: ölənlər var

İranda silahlı qarşıdurma: ölənlər var
Kateqoriya məlum deyil
T

İranda silahlı şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Sfera.az xəbər verir ki, hadisə Zahedanın Manzel-Ab bölgəsində qeydə alınıb.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qarşıdurma zamanı “terrorçu qruplaşma”nın 6 üzvünün öldürüldüyünü açıqlayıb.

Məlumata görə, toqquşma səhər saatlarında başlayıb və bir neçə saat davam edib. Qarşıdurma zamanı ərazidən güclü atəş və RPG səsləri eşidilib.

Hadisə yerində İranın hərbi və təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında şiddətli atışma olub. Qarşıdurmanın digər detalları barədə əlavə məlumat verilməyib.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR