Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər -VİDEO

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər -VİDEO
Kateqoriya məlum deyil
T

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi azərbaycanlılar da daxil olmaqla 84 əcnəbini ölkədən deportasiya edib.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Bildirilib ki, müvafiq tədbirlərlə Hindistan, Misir, Türkiyə, Rusiya, Türkmənistan, Azərbaycan, Tailand, Livan, Özbəkistan, Belarus, Qana, İordaniya, Pakistan, Nigeriya, Filippin, Çin və digər dövlətlərin vətəndaşları ölkədən çıxarılıblar.

Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.

DİN-dən bildirilib ki, ölkədə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə intensiv rejimdə davam etdirilir. Ən son statistik məlumatlara əsasən, təkcə cari il ərzində Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən üç mindən çox şəxs artıq ölkədən çıxarılıb.\\milli.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR