Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin sədri saxlanıldı

Kateqoriya məlum deyil
T
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.
Sfera.az xəbər verir ki, o, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun rəhbərliyi ilə aparılan istintaq çərçivəsində saxlanılıb.
“Hakimlər dosyesi” kimi tanınan istintaq çərçivəsində ümumilikdə 7 nəfər saxlanılıb.
Onlar barəsində mobbinq və rəsmi sənədlərdə saxtakarlıqla bağlı iddialar araşdırılır.






