Ermənistan İctimai Televiziyası 27 sentyabrda etdiklərinə görə üzr istədi

Ermənistanın dövlət tərəfindən maliyyələşdirilən İctimai Televiziyası 27 sentyabrda efirə verdiyi əyləncə proqramına görə üzr istəyib.
Sfera.az xəbər verir ki, televiziyanın yaydığı açıqlamada həmin gün yayımlanan əyləncə konsertinin səhv olduğu bildirilib və məsuliyyətin tam şəkildə qəbul edildiyi qeyd olunub.
Telekanal baş verənləri proqram, texniki və ya iş şəraiti ilə izah etməyəcəyini açıqlayıb. “Baş verənlərə görə üzr istəyirik. Bu cür hadisələrin təkrarlanmasının qarşısını almaq üçün müvafiq iş prosedurları nəzərdən keçirilir”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 44 günlük müharibənin başlamasının ildönümünə təsadüf edən 27 sentyabrda Ermənistan İctimai Televiziyası məşhur müğənni Tata Simonyanın əyləncə xarakterli konsertini yayımlayıb. Bu addım Ermənistan ictimaiyyətində ciddi narazılıq və tənqidlərə səbəb olub.
Firuzə Əliyeva
Sfera.az






