Rusiya sərhədində yeni müharibə başlayır?

NATO-nun müxtəlif bölgələrdə keçirdiyi hərbi təlimlər alyansın ümumi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Sfera.az xəbər verir ki, bunu RT-yə müsahibəsində hərbi ekspert Yuri Knutov bildirib.
O qeyd edib ki, Kosovo Təhlükəsizlik Qüvvələri ilə keçirilən manevrlər, eləcə də Litvadakı təlimlər NATO-nun müxtəlif istiqamətlərdə apardığı hərbi hazırlığın nümunələrindəndir.
Ekspert NATO-nun, xüsusilə Rusiya sərhədlərinə yaxın ərazilərdə keçirdiyi təlimlərin intensivliyinə diqqət çəkib.
Knutov Arktikada keçirilən manevrlərin də strateji əhəmiyyət daşıdığını bildirib. Onun fikrincə, bu cür təlimlər Şimal Dəniz Yolu və Kalininqrad istiqamətinə gedən təchizat marşrutları kimi mühüm kommunikasiya xətlərinin yaxınlığında əməliyyat imkanlarının sınaqdan keçirilməsinə şərait yaradır./globalinfo






