Lavrovun “xoruz banlaması” müqayisəsi gündəm oldu

Kateqoriya məlum deyil
T
Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı ölkəsinə qarşı səsləndirilən ittihamları xoruzun banlaması ilə müqayisə edib.
Sfera.az xəbər verir ki, Lavrov deyib:
“Onlar hesab edirlər ki, ittihamların yüksək səslə səsləndirilməsi müəyyən effekt yaradır. Əvvəlcə banlamaq lazımdır, səhərin açılıb-açılmayacağı isə onları maraqlandırmır”, – deyə Lavrov bildirib.
Onun sözlərinə görə, Rusiyaya qarşı aqressiyanın uzun tarixi var və bu, 2014-cü ildən etibarən sistemli şəkildə həyata keçirilir./globalinfo






