Rusiya ilə Ermənistan arasında qaz tədarükü dayandırıldı

Rusiya ilə Ermənistan arasında qaz tədarükü dayandırıldı
Kateqoriya məlum deyil
T

“Rusiya ərazisində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində planlı kompleks profilaktik və təmir işlərinin aparılması ilə əlaqədar sentyabrın 15-dən 25-dək həmin qaz kəməri vasitəsilə Ermənistana təbii qazın tədarükü müvəqqəti olaraq dayandırılacaq”.

Sfera.az xəbər verir ki, bu barədə “Qazprom Armenia” şirkətindən bildirilib.

“Göstərilən müddətdə respublika istehlakçılarının fasiləsiz və etibarlı qaz təchizatı heç bir məhdudiyyət olmadan daxili ehtiyatlar və İran İslam Respublikasından tədarük edilən əlavə həcmdə təbii qaz hesabına həyata keçiriləcək”, - məlumatda qeyd olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR