Putin daha hansı ölkə ilə müharibə aparacağını açıqladı – Dolayı yolla…

Kateqoriya məlum deyil
T
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin hərbçilərinin Ukraynaya göndərilməsinin ciddi nəticələri olacağını deyib.
Sfera.az xəbər verir ki, Putin Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsini Rusiya ilə birbaşa hərbi qarşıdurma kimi qiymətləndirib.
O qeyd edib ki, hansı ölkə Ukrayna münaqişəsinə birbaşa müdaxilə edərsə, bu, Rusiyaya müharibə elanı demək olacaq.
“İndi onlar Ukraynaya qoşun göndərmək barədə danışırlar. Bu, Rusiya ilə müharibə deməkdir”, – deyə Rusiya lideri vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da daha əvvəl bildirib ki, Ukraynadakı hərbi əməliyyatlara mane ola biləcək istənilən xarici hərbi kontingent Rusiya üçün qanuni hərbi hədəfə çevriləcək./globalinfo






