İran yeni gəmiəleyhinə raket sınaqdan keçirib

Kateqoriya məlum deyil
T
İran yeni gəmiəleyhinə raketini ilk dəfə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus aviadaşıyıcının üzərində sınaqdan keçirdiyini açıqlayıb.
Sfera.az xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib. Onun sözlərinə görə, sınaq 48 saat əvvəl həyata keçirilib.
“İlk dəfə olaraq ABŞ hərbi gəmisinin üzərində gəmiəleyhinə raketimizi sınaqdan keçirdik”, – Rzayi bildirib.
Qeyd edək ki, İranın bu iddiası ABŞ tərəfindən hələlik təsdiqlənməyib. ABŞ və İran arasında bölgədə gərginliyin artdığı bir vaxtda Tehran Hörmüz boğazı ətrafında yeni məhdudlaşdırılmış zona elan edəcəyini də açıqlayıb.
Firuzə Əliyeva
Sfera.az






