Sərkisyan və Köçəryan pensiya ilə yaşamağa öyrəşməlidir - Paşinyan

Kateqoriya məlum deyil
T
“Robert Köçəryan, Serj Sərkisyan və Qaqik Sarukyan göydən düşüblər? Onlar talan edə və taladıqlarını nəsildən-nəslə miras qoya bilərlər? Mən seçkilərdən əvvəl bütün bunlarla bağlı xalq qarşısında aydın və şəffaf məsələ qoymuşam və dövlətimizin bu sahədə atmalı olduğu addımları təklif etmişəm”.
Sfera.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə deyib.
Hökumət başçısının sözlərinə görə, Köçəryan, Sarukyan və Sərkisyan sentyabrın 1-də pensiyalarının hesablarına köçürülüb-köçürülmədiyini yoxlamalıdırlar:
“Siyasi məsələ məhz budur. Onlar pensiyaları və qanuni gəlirləri hesabına yaşamalıdırlar. Qanunsuz olaraq əldə etdikləri hər şey isə qəpiyinə qədər Ermənistana və xalqa qaytarılmalıdırlar. Və bu olacaq”./Teleqraf






