İrəvanın KTMT-dəki səlahiyyətləri məhdudlaşdırılır

Kateqoriya məlum deyil
T
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi təşkilatın noyabrın 11-də keçiriləcək sammitində müzakirə oluna bilər.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
“Təşkilat üzvlərindən birinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı istənilən qərar tamamilə KTMT-nin səlahiyyətlərinə aiddir. Müvafiq şura belə qərarlar qəbul etmək səlahiyyətinə malikdir”, - diplomat deyib.
Qaluzin əlavə edib ki, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və hər bir üzv dövlətin təşkilatın orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi də daxil olmaqla, bütün üzvlər tərəfindən yerinə yetirilməlidir./Teleqraf






