Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU

Kateqoriya məlum deyil
T
Ermənistan İstintaq Komitəsi Kasax icmasına məxsus torpaq sahələrinin qanunsuz özgəninkiləşdirilməsi ilə bağlı cinayət işi üzrə 6 nəfərin saxlanıldığını açıqlayıb.
Sfera.az xəbər verir ki, saxlanılanlar arasında “Şərəfim var” fraksiyasının keçmiş deputatı Anna Mkrtçyanın atası, Kasax icmasının keçmiş rəhbəri Ara Mkrtçyan da var.
İstintaqın versiyasına görə, Ara Mkrtçyan 2016-2019-cu illərdə administrasiyanın əməkdaşları və hərrac komissiyasının üzvləri ilə əlbir olaraq saxta sənədlər hazırlayıb.
Daha sonra həmin sənədlər əsasında icmaya məxsus torpaq sahələrinin qanunsuz şəkildə özgəninkiləşdirilməsini təşkil edib.
Hazırda iş üzrə araşdırma davam etdirilir.






