İran Qəzzə danışıqlarında HƏMAS-ı dəstəkləyəcək - Pezeşkian

Kateqoriya məlum deyil
T
İran Prezidenti Məsud Pezeşkian HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Xəlil əl-Hayya ilə telefon danışığında ölkəsinin Qəzzə zolağı üzrə davam edən danışıqlarda hərəkatın mövqeyini dəstəkləyəcəyini bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.
İran lideri vurğulayıb ki, Tehran Fələstin rəhbərlərinin danışıqlar prosesində qəbul edəcəyi bütün qərarların və təşəbbüslərin arxasındadır./Teleqraf






