Rusiyada çimərlikdə faciə: Onlarla yaralı var

Rusiyada çimərlikdə faciə: Onlarla yaralı var
Kateqoriya məlum deyil
T

Rusiyanın Krasnodar vilayətində çimərliyə pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib. Həlak olanlar arasında 2 uşağın olduğu bildirilir.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum zamanı yaralanaraq xəstəxanaya yerləşdirilən uşaqlardan biri həkimlərin səylərinə baxmayaraq həyatını itirib.

Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova Moskva vilayətinin Solneçnoqorsk şəhərində jurnalistlərə açıqlamasında baş verən hadisəni “dəhşətli faciə” adlandırıb.

Onun sözlərinə görə, uşağın ölümü ilə hücum nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə çatıb.

Krasnodar Vilayətinin Operativ Qərargahı isə hücum zamanı xəsarət alanların sayının 58 nəfər olduğunu açıqlayıb.

Rusiya tərəfi hücumun Ukrayna Silahlı Qüvvələri tərəfindən PUA-larla həyata keçirildiyini iddia edir. Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Mənsumə

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR