Rusiya Ermənistandan bu məhsulların alışını dayandırdı

"Rospotrebnadzor" Ermənistan istehsallı 70 mindən çox içməli su və qazlı içkini bloklayıb.
Sfera.az xəbər verir ki, bu barədə təşkilatdan "Kommersant"a bildirilib.
Qərar istehsalçılar tərəfindən məhsula dair məcburi tələblərin pozulması səbəbindən qəbul edilib.
Məhdudiyyətlərə "RRR" mineral sular zavodunda istehsal olunan "BJNİ" (BJNI) mineral içməli su, həmçinin Ermənistanın "VATERLOK" şirkətinin "Prosto Azbuka" içməli suyu, o cümlədən uşaqlar üçün olan növü və DARBAS ticarət markalı ("Arsen yev Nerses" MMC) alkoqolsuz Moxito düşüb.
"Hazırda "Rospotrebnadzor" tərəfindən göstərilən partiyaların pərakəndə və onlayn kanallarda satışı bütün lazımi yoxlamalar başa çatana qədər qadağandır", - CRPT-nin baş direktorunun müavini Revaz Yusupov qeyd edib./report






