"Ərazi bütövlüyümüzü qoruyacağıq" - Məsud Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə müharibənin genişlənməsini istəmədiklərini, lakin İranın ərazi bütövlüyünü və milli maraqlarını müdafiə etmək üçün bütün gücü ilə hərəkət edəcəyini söyləyib.
Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehranda keçirilən Milli Ailə Təbabəti Proqramı Mərasimində çıxış edən Pezeşkian ABŞ ilə davam edən münaqişələrlə bağlı qiymətləndirmələr aparıb.
ABŞ-nin İrana qarşı hücumları ilə bağlı Pezeşkian deyib:
"Ərazi bütövlüyümüzü bütün gücümüzlə qoruyacağıq, amma müharibəni genişləndirmək və ya davam etdirmək istəmirik".
Pezeşkian həmçinin ölkənin səhiyyə sisteminin təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq bildirib:
“Hərtərəfli səhiyyə sisteminə malik cəmiyyət zərər və təhdidlərə qarşı daha davamlı olacaq və səhiyyə bərabərliyinin təmin edilməsi ölkənin effektiv idarəçiliyi və davamlı inkişafı üçün ən vacib şərtlərdən biridir”.
Vasif






