O, Ermənistan Parlamentinin yeni sədri oldu

O, Ermənistan Parlamentinin yeni sədri oldu
Kateqoriya məlum deyil
T

Ermənistan Parlamentinin IX çağırış Milli Assambleyasının yeni sədri seçilib.

Sfera.az xəbər verir ki, bu vəzifəyə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının namizədi Ruben Rubinyan seçilib. Gizli səsvermədə 105 deputatdan 91-i iştirak edib. Səsvermənin nəticələrinə əsasən, Ruben Rubinyanın namizədliyi 63 deputat tərəfindən dəstəklənib, 28 deputat isə əleyhinə səs verib.

Müxalifətdə təmsil olunan "Güclü Ermənistan" fraksiyası əvvəlcədən Rubinyanın namizədliyinə qarşı səs verəcəyini açıqlamışdı. "Ermənistan" fraksiyası isə gizli səsvermədə iştirak etməyəcəyini bildirmişdi. Beləliklə, Ruben Rubinyan Ermənistan Milli Assambleyasının yeni sədri vəzifəsinə seçilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR