Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixdə açıqlanacaq

Kateqoriya məlum deyil
T
Ermənistanda yeni Konstitusiya layihəsi ilin sonunadək açıqlanacaq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Paşinyan mətbuata açıqlamasında yeni Konstitusiya layihəsinin hazırlanması prosesi ilə bağlı dəqiq tarix verə bilməyəcəyini bildirib.
Onun sözlərinə görə, sənəd üzərində iş davam edir və layihənin bu ilin sonuna qədər ictimaiyyətə açıqlanması planlaşdırılır. Qeyd edək ki, Ermənistanda yeni Konstitusiyanın qəbulu məsələsi son dövrlərdə ölkənin daxili siyasi gündəmində mühüm mövzulardan biri kimi müzakirə olunur. Yeni layihənin təqdimatından sonra sənədin ictimai müzakirəyə çıxarılması gözlənilir.
Bəsti Rəfizadə
Sfera.az
