Rusiyada hava limanında yenidən məhdudiyyət tətbiq edildi

Rusiyada hava limanında yenidən məhdudiyyət tətbiq edildi
Kateqoriya məlum deyil
T

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) iyunun 16-da ikinci dəfə Krasnodardakı Paşkovski hava limanının fəaliyyətinə məhdudiyyət tətbiq edib.

Sfera.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilir. Bundan əvvəl də hava limanında oxşar məhdudiyyət tətbiq edilmişdi. Belə ki, qadağa Moskva vaxtı ilə saat 06:24-də qüvvəyə minmiş və saat 08:26-da ləğv olunmuşdu.

Rosaviasiya məhdudiyyətlərin səbəbi ilə bağlı əlavə məlumat verməyib.

İnci

Sfera.az

PAYLAŞ