İranda hakimiyyət dəyişikliyi olacaq? - Trampdan AÇIQLAMA

İranda hakimiyyət dəyişikliyi olacaq? - Trampdan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyətin güc yolu ilə dəyişdirilməsinin mümkünlüyünə inanmadığını bildirib.

Sfera.az xəbər verir ki, o, bu barədə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşü zamanı danışıb.

Ağ Ev rəhbəri qeyd edib ki, bu cür cəhdlər indiyədək heç vaxt müsbət nəticə verməyib.

“Mən hakimiyyət dəyişikliyinə inanmıram. Bilirsiniz, uzun illərdir müxtəlif ölkələrdə hakimiyyət dəyişikliklərinin şahidi olmuşam. Bu, heç vaxt işə yaramır”, – deyə Tramp bildirib.

Görüş zamanı ABŞ lideri İranın hazırkı rəhbərliyini də rasional adlandırıb. Onun sözlərinə görə, hazırda İran nümayəndələri ilə işləmək və danışıqlar aparmaq rahatdır.

“Onlarla işləmək xoşdur”, – deyə Tramp əlavə edib.

İnci

Sfera.az

PAYLAŞ