Logo

Mansur Yavaş haqqında istintaq başladıldı

Mansur Yavaş haqqında istintaq başladıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin paytaxtı Ankaranın bələdiyyə sədri Mansur Yavaş haqqında yeni istintaq başladılıb.

Sfera.az xəbər verir ki, Türkiyə daxili işlər naziri Mustafa Çiftçi 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqi çərçivəsində Ankara bələdiyyəsinə məxsus bəzi nəqliyyat vasitələrinin istifadə edildiyi iddiası ilə bağlı istintaqa icazə verib.

Qərardan sonra paytaxt bələdiyyəsi açıqlama yayıb. Açıqlamada bildirilib ki, iş materiallarında bununla bağlı Mansur Yavaşın birbaşa göstəriş verdiyini təsdiqləyən heç bir fakt yoxdur. Buna baxmayaraq, ehtimallara əsaslanaraq onun üzərinə məsuliyyət qoyulmağa çalışıldığı qeyd edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR