Türkiyə müharibənin tez bitməsini istəyir

Türkiyə müharibənin tez bitməsini istəyir
Kateqoriya məlum deyil
T

Türkiyənin İranla bağlı mövqeyi aydın və ardıcıldır. Biz müharibənin mümkün qədər tez bitməsini istəyirik və bu istiqamətdə səylərimiz davam edir.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz martın 13-də yerli telekanallara açıqlamasında bildirib.

Yaxın Şərqdə yaranan vəziyyətdən danışan C.Yılmaz qeyd edib: “İran məsələsində vasitəçilik etmək üçün ciddi səylər göstərdik, lakin danışıqlar masası son anda Omanda quruldu. Təəssüf ki, müsbət nəticə əldə olunmadı və proseslər müharibə ilə nəticələndi”.

Vitse-prezident qarşıdurmanın bütün bölgəyə yayılma riski ilə bağlı xəbərdarlıq edib və əlavə edib ki, hazırda regionda qeyri-müəyyənlik mövcuddur, dəqiq proqnoz vermək mümkün deyil: “Həm iqtisadi, həm də humanitar baxımdan risklər mövcuddur. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın ümumi yanaşmasından belə nəticəyə gəlirəm ki, Vaşinqton müharibəni uzatmayacaq”.

PAYLAŞ