Gürcüstanda sabiq DTX rəisi həbs edildi

Kateqoriya məlum deyil
T
Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol Liluaşvili barəsində həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Sfera.az xəbər verir ki, məhkəmə qərarı dekabrın 24-də axşam saatlarında elan olunub. Qərarın detalları və Liluaşvilinin hansı ittihamlarla üzləşdiyi barədə hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Qriqol Liluaşvili bir müddət əvvəl Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsində çalışıb. Onun barəsində verilmiş məhkəmə qərarı ölkə ictimaiyyətində geniş rezonans doğurub.
