Logo

Xəzərdə gərginlik artır: Ukrayna PUA-ları Rusiyanın neft platformasını vurdu

Xəzərdə gərginlik artır: Ukrayna PUA-ları Rusiyanın neft platformasını vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəzər dənizində Rusiya enerji infrastrukturuna növbəti zərbə endirilib.

Sfera.az bildirir ki, Ukrayna mənbələrinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) “Lukoyl-Nijnevoljskneft” şirkətinin Korçagin yatağındakı neft platformasını hədəfə alıb.

Hücum nəticəsində platformadakı avadanlıq ciddi zədələnib, istehsal prosesi tamamilə dayandırılıb.

Bu, bir həftə ərzində Xəzər dənizindəki Rusiya platformalarına üçüncü zərbədir.

Rusiya Müdafiə Nazirliyi isə bu gün yaydığı açıqlamada Xəzər üzərində bir PUA-nın vurulduğunu bildirib, lakin hücumun nəticələri barədə ətraflı məlumat verməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR