Putin ABŞ-nin sülh planını rədd etmir - Peskov

Putin ABŞ-nin sülh planını rədd etmir - Peskov
Kateqoriya məlum deyil
T

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-nin Ukrayna ilə bağlı sülh planını rədd etməsi ilə bağlı iddialar doğru deyil.

 

Sfera.az "TASS"a istinadla bildirir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

 

O, Putinin ABŞ-nin Ukrayna ilə bağlı sülh planını rədd etməsi ilə bağlı iddiaların doğru sayıla biləcəyi ilə bağlı sualı cavablandıranda bunun düzgün olmadığını deyib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Ukraynada nizamlanma üçün kompromis sülh planı hələ tapılmayıb. 

 

"Amerikanın bəzi təklifləri az-çox məqbul görünür, lakin onların müzakirəsinə ehtiyac var. Bizə təklif olunan ifadələrin bir hissəsi qəbuledilməzdir", - Uşakov izah edib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ