Atatürkün vəfatının 87-ci ildönümü anılır

Kateqoriya məlum deyil
T
Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümüdür.
Sfera.az xəbər verir ki, Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda vəfat edib. O, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, həmçinin müasir Türkiyə dövlətinin banisi kimi tarixə düşüb.
1881-ci ildə Salonikidə dünyaya gələn Mustafa Kamal Atatürk 1923-cü ildən 1938-ci ilə qədər Türkiyə Cümhuriyyətinin prezidenti vəzifəsini icra edib. Onun rəhbərliyi dövründə ölkədə geniş islahatlar həyata keçirilib, müasir dövlət idarəçiliyi, təhsil və hüquq sistemi formalaşdırılıb.
Türkiyə və Azərbaycan xalqı bu günü hər il böyük ehtiram və minnətdarlıqla anır.
Niyaz Hacıyev
Sfera.az






