Rusiya Poltavaya hücum etdi

Kateqoriya məlum deyil
T
Rusiya ordusu oktyabrın 3-nə keçən gecə Ukraynanın Poltava vilayətinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə genişmiqyaslı hücum edib.
Sfera.az xəbər verir ki, bu barədə Poltava Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut "Facebook"da məlumat yayıb.
Onun sözlərinə görə, nəticədə enerji infrastrukturuna zərər dəyib və bir neçə əraziyə raket və dron qalıqları düşüb.






