Lavrov: "ABŞ və Rusiya səfirliklərin fəaliyyəti ilə bağlı növbəti danışıqlar aparacaq"

Kateqoriya məlum deyil
T
Rusiya və ABŞ yaxın vaxtlarda səfirliklərin işi bağlı danışıqların növbəti raundunu keçirmək barədə razılığa gəliblər.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ümumi müzakirələr deyib.
"Rusiya və ABŞ arasında diplomatik maneələr adlandırılan məsələlərlə bağlı iki məsləhətləşmə raundunun keçirilməsi barədə razılıq əldə olunub", – deyə o bildirib.
Lavrovun sözlərinə görə, bu məsələ ABŞ Dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı müzakirə edilib.






