Bu Azərbaycan soyadları Gürcüstanda məşhurdur

Bu Azərbaycan soyadları Gürcüstanda məşhurdur
Kateqoriya məlum deyil
T

Məmmədov Gürcüstanda ən çox yayılmış soyadların ilk onluğunda V yeri tutub.

 

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin dərc etdiyi yeni siyahıdan məlum olub.

 

Siyahıya əsasən, Məmmədov soyadını daşıyanların sayı 15 330 nəfər təşkil edir. Məmmədov populyar kişi soyadları, Məmmədova populyar qadın soyadları arasında II yerdədir.

 

Gürcüstanda ən populyar 20 soyadı arasında Əliyev familiyası da yer alıb. Bu soyadı siyahıda 18-ci yerdə qərarlaşıb. Qonşu ölkədə Əliyev soyadlı 9 949 nəfər vətəndaş yaşayır.

 

Gürcüstanda üç ən geniş yayılmış soyadı Beridze (30 149 nəfər), Kapanadze (19 256 nəfər) və Gelaşvilidir (18 334 nəfər).

 

(Teleqraf)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR