İran və Ermənistan dəhlizlə bağlı razılığa gəldi

İran və Ermənistan dəhlizlə bağlı razılığa gəldi
Kateqoriya məlum deyil
T

İran və Ermənistan İrəvanda nəqliyyat və tranzit infrastrukturu sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.

 

Sfera.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

Məlumata görə, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan ilə tranzit əlaqələri və logistikanı gücləndirmək yolları barədə müzakirə aparıb.

 

İranlı nazir Culfa-İrəvan-Gürcüstan dəmir yolu xəttinin yenidən açılmasını regional tranzit üçün əsas addım kimi qeyd edib.

 

Xudatyan İran yük maşınlarının tranzit tarifləri ilə bağlı mübahisənin araşdırılması üçün birgə işçi qrupunun yaradılacağını deyib.

 

Ermənistan tərəfi Şimal-Cənub dəhlizinin yeni hissəsinin tender planlarını da təsdiqləyib.


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR