“Real” Eriksenlə razılığa gəldi
13:16 / 02.05.2019
2917
İspaniyanın "Real Madrid” futbol klubu "Tottenhem” komandasının yarımmüdafiəçisi Kristian Eriksenlə razılığa gəlib.
27 yaşlı yarımmüdafiəçinin 2020-ci ilədək London klubu ilə müqaviləsi var.
Qeyd edək ki, danimarkalı yarımmüdafiəçi 2013-cü ildə "Ayaks” klubundan "Tottenhem”ə transfer olunub.
O, cari mövsümdə London klubunda keçirdiyi 33 oyunda 7 qol vurub və 12 məhsuldar ötürmə edib.