REAL-çıların İlqar Məmmədov kimi “zarafatcıl” kafanın arxasından getdiyini gördükdə, əziyyətlərinə heyfim gəlir

REAL-çıların İlqar Məmmədov kimi “zarafatcıl” kafanın arxasından getdiyini gördükdə, əziyyətlərinə heyfim gəlir
"İsgəndər Həmidov içəridə olanda "Bozqurd lider" deyə, mifə çevrilmişdi. Ancaq həbsdən çıxdıqdan sonra məhlə çayxanasında nərd çırpan ağsaqqallardan birinə çevrildi". Sfera.az xəbər verir ki, bu fikirləri "Yeni Çağ" media qrupunun rəhbəri Aqil Ələsgər səsləndirib. O, REAL sədri İlqar Məmmədovun hazırkı siyasi fəaliyyəti və Türkiyədə keçirilən son bələdiyyə seçkilərinin nəticələrinə olan münasibətinə də toxunub.
 
Aqil Ələsgər İlqar Məmmədovun Türkiyədə baş tutan seçkilərin nəticələrini ironiya ilə qarşılamasını tənqid edib:
 
" İlqar Məmmədovu isə indiki gənclər bilməz, mən AMİP-də şöbə müdiri olan vaxtından tanıyıram və açığı o vaxt çox maraqsız danışdığı üçün mətbuat xidmətinin xahişinə rəğmən müsahibə almadığımız iki etibarçıdan biri idi. Sonra dedilər ki, İlqar dəyişib, lider olub. Yenə inanmadıq. Həbsdə olanda illah da Nelson Mandela ilə bərabər səviyyəyə qalxdığını, iqtidarın ondan qorxduğunu deyirdilər. Keçmişini bildiyimiz üçün yenə gülüb keçirdik. Ancaq çıxandan sonra paylaşdıqları bizim yanılmadığımızı göstərməklə yanaşı, İsgəndərdən daha tez bitib tükənəcəyini göstərdi. Türkiyə bir demokratiya nümunəsi ortaya qoyub və buna belə qeyri-ciddi münasibət doğru deyil. Mənim REAL-dakı ziyalı insanlara böyük hörmətim var. Ancaq onların belə bir "zarafatcıl" kafanın arxasından getdiyini gördükdə, əziyyətlərinə heyfim gəlir".

OXŞAR XƏBƏRLƏR