Beren Saat 2 milyonu rədd etdi - “Atiye” davam etməyəcək

Maqazin
11:00 / 13.01.2020
2371
Son günlər "Neflix" istehsalı olan "Atiye" serialı ilə gündəmdə olan aktrisa Beren Saat ona təklif olunan 2 milyon lirədən imtina edib.
Sfera.az Türkiyə mətbuatına istinadən bildirir ki, "Netflix" uğur qazanan serialın 3 və 4-cü sezonunu çəkmək istəsə də, aktrisa davam etmək istəmədəyini bildirib.
Qeyd edək ki, artıq serialın iki sezonu çəkilsə də, hələlik birinci sezon yayımlanıb. Beren Saat serialdan ümumilikdə, 2 milyon lirə qonorar əldə edib.