"7 aydır evimizə gedə bilmirik" - Xatirə Novxanıdan VİDEO yaydı

 Biri daşı daş üstünə qoyanda tökülüb gəlirsiniz. Amma bunu da həll etmək lazımdır. Evimizə gedə bilmirik.

Sfera.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatirə İslam Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisində aparılan qazıntı işlərindən sonra yararsız hala düşən yollar haqqında çəkdiyi videoda deyib. İfaçı üzünü adıçəkilən rayonun İcra Hakimiyyətinə tutaraq əlavə edib:

"Bütün Novxanıda əziyyət çəkən sakinlərin adından xahiş edirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı işə qarışsın. 7 ay əvvəl bu yolu kiməsə, nəyəsə görə qazdılar. Hansısa vəzifəli şəxsin evinə xətt çəkilməsindən ötrü yüzlərlə ev batır. Hər gün maşınlar bir-birinə dəyir, ziyan görür".

Videonun sonunda evinə getməyə çalışan sənətçinin başqa maşına dəydiyi və əzdiyi də aydın görünür.




OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...