Bakıda gözətçi döyülərək öldürüldü

Kriminal
13:18 / 02.01.2020
1850
Nərimanov rayonu ərazisində Bakı şəhər sakinini döyərək ölməsinə səbəb olan şəxs saxlanılıb.
Sfera.az xəbər verir ki, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzlərinin birində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə "102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini H.Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə H.Rəhimli tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb. (yeni sabah)