Aygün Kazımova: Dəyişmək mənim həyat tərzimdir - VİDEO

Bu il mənim üçün çox uğurlu keçdi. Çox sayda layihələrim oldu. Sənətçiyə də nə lazımdır? Xüsusən mənim kimi bir sənətçiyə.
Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
"2020-ci ildən xoş sürprizlər gözləyirəm. Planlarımın həyata keçməyini arzulayıram”.
"2020-də tamaşaçılar Aygün Kazımovadan konsert gözləsinlər” şərhinə pop ulduz bu cür reaksiya verib:
"Bizi hər zaman, hər şey gözləyir”.
Geyim-keçiminə hər zaman diqqətlə yanaşan xalq artisti bir imicdə qalmağı sevmədiyini və dəyişikliklərə hər an hazır olduğunu bildirib:
"Saçlarımın rəngini dəyişib, sarıya boyadım. Dəyişilmək mənim həyat tərzimdir. Tez-tez dəyişilirəm və bununla da özümü xoşbəxt hiss edirəm”.
Müsahibəsinin sonunda Xalq artisti Aygün Kazımova Oxu.Az-ın oxucularını Yeni il münasibəti ilə təbrik edib, arzularını dilə gətirdi:
"Oxu.Az-ın bütün oxucularını Dünya azərbaycanlılarının həmrəylik günü və yeni 2020-ci il münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni iliniz uğurlu olsun!