“Altın Kələbək”in builki namizədi Oksana Rəsulova: Bu dərəcədə bizi alçatmaq nəyə lazım idi?

“Altın Kələbək”in builki namizədi Oksana Rəsulova: Bu dərəcədə bizi alçatmaq nəyə lazım idi?

Səsvermələr 20 gündən çoxdur dayandırılıb. "Altın Kelebek”in 8 dekabra təyin olunan mükafatlanma gecəsi təxirə salınıb, deyilənə görə, yanvarın sonlarında keçiriləcək. Bizim üçün alınan təyyarə biletləri də qaytarılıb.

Sfera.az xəbər verir ki, bu sözləri hind rəqslərinin mahir ifaçısı, məşhur aktrisa Oksana Rəsulova oxu.az-ın əməkdaşı ilə söhbətində bildirib. O, bir müddət öncə azərbaycanlı namizədlər üçün keçirilən gecədə yaşanan xoşagəlməz hadisələrdən danışıb:

"Ötən ayın 15-i azərbaycanlı namizədlərin bir araya toplandığı gecə keçirildi. "Altın Kelebek”in builki siması Demet Özdemir də həmin gecəyə qatılmışdı. Mən özümü orada heç də yaxşı hiss etmədim. Bir çox azərbaycanlı namizədlər həmin tədbirdə iştirak etmədilər. Bəy ifaçılarımız ümumiyyətlə, orada yox idi. Xanım iştirakçılardan isə müğənnilərdən Nura Suri, Sevda Yəhyayeva, aktrisalardan mən və Pərvin Abıyeva qatılmışdı. Cəmi dörd nəfər idik. Əgər bir iştirakçının belə gəlməyəcəyindən xəbərim olsaydı, o gecəyə qatılmazdım. Yeddi dəqiqə zalın ortasında durub, harada oturacağımızı götür-qoy etdim. Özümlə qonaqlarımı da tədbirə gətirmişdim. Amma onlar orada ayaq üstdə durmağa məcbur qaldılar. Bir ay öncə gecəyə 10 nəfər qonağımla gələcəyim haqda təşkilatçılara məlumat vermişdim, amma bizə dörd nəfərlik masa verdilər. Nəyin ki məni, heç bir yerli ulduzumuzu qarşılayan belə olmadı. Sağ olsunlar, bizim yerli televiziya kanallarımız bizdən müsahibə aldılar”.

 

Gecədə hörmətsizlik və saymazlıqla üzləşən cazibədar aktrisa orada özünü sanki Demet Özdemirin fanatı kimi hiss etdiyini istehza ilə dilə gətirib:

"Tədbirdə yarım saat oturdum. O yarım saat içində "Altın Kelebek”in siması, dəyərli qonağımız Demet Özdemiri qarşıladıq. Demet gəlsə də, bizi heç kim orada təqdim etmədi. Baxıb dedim ki, "Mən burada nə gəzirəm?” İnanın ki gördüklərimdən çox pis oldum və küsdüm. Türkiyədən gələn qonağı yüksək səviyyədə təqdim etdilər, amma bizi saymadılar. Məclisdə 99 faiz azərbaycanlılardan ibarət qonaqlar var idi. Sonda isə "Qonağımızı yola salırıq, gəlib onunla şəkil çəkdirə bilərsiz” demələri mənə çox toxundu. Özümü bu məqamda fanat kimi hiss etdim. Bu dərəcədə bizi alçatmaq nəyə lazım idi?

Demetlə bir çoxları şəkil çəkdirsə də, mən çəkdirmədim. Anlayıram ki, o qonaqdır və bu, normal haldır. Amma mən bütün bunlardan həm küsdüm, həm də incidim. Bizə qarşı saymazlıq etdilər. Hələ mən səhnəyə yaxın əyləşmişdim. Amma digərləri çox uzaq əyləşmişdilər. Baxanda inanın ki, ürəyim ağrayırdı. Bu nə vaxta kimi davam edəcək? Bizimkilər bizi önə çəkməli, qiymətləndirməlidirlər. Tədbirdə olduğum zaman  heç olmasa, bir dəfə də olsun adımızın çəkiləcəyini gözlədim. Mən hələ səhnəyə çıxmağı demirəm. Amma heç biri olmadı. Sanki, biz elə-belə gəldik, yedik-içdik, elə də çıxıb getdik”.

"Yerli namizədlər arasında "Altın Kelebek”də kimi qalib görürsünüz?” sualına isə Oksana Rəsulova özünün qalib gələcəyini ümid etdiyini bildirib.

Xatırladaq ki, geniş auditoriyaya təqdim edilən siyahıda olan on məşhur namizəd bunlardır: Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova.

Qeyd edək ki, Azərbaycan "Altın Kelebek” mükafatlandırma gecəsində iki dəfə iştirak edib. 2017-ci ildə "Altın kelebek”i Əməkdar artist Röya Ayxan, 2018-ci ildə isə Xalq artisti Aygün Kazımova qazanıb. Onlar hər ikisi "Azərbaycanın ən parlaq ulduzu” nominasiyasında qalib gəliblər.


OXŞAR XƏBƏRLƏR

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...

Dünyanın ən xoşbəxt ölkələri - İlk sıra dəyişməz qalıb

Dünyanın ən xoşbəxt ölkələrinin adları və reytinqi açıqlanıb.  Sfera.az bu barədə 2025-ci il Dünya Yaşam Məmnuniyyəti Hesabatına (World Happiness Repo...