Ülviyyə Alovludan Rəqsanəyə ağır sözlər: Arxasında o qədər cinayət olan adam Bakıda qala bilməzdi

Ülviyyə Alovludan Rəqsanəyə ağır sözlər: Arxasında o qədər cinayət olan adam Bakıda qala bilməzdi
"Heç ondan pul istəyən də yoxdur. Rəqsanə həyatda heç var ki? Qaçıb, Moskvadadır. Neçə dənə cinayət işi var. Arxasında o qədər cinayəti olan insan Bakıda qala bilməzdi. Dələduzluq edə-edə, ona-buna ata-ata villa tikdirməyə nə var ki? Burada təəccüblənəsi nə var ki?”

Bu sözləri jurnalist və söz yazarı Ülviyyə Alovlu Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

O, "Rəqsanə Moskvada dünya şöhrətli pop ulduz Cennifer Lopezin villasının eynisini özü üçün tikdirir” şərhinə bu cür münasibət bildirib: 

 

"Rəqsanədən fərqli olaraq, şəxsən mən Cennifer Lopezin villasında olmamışam. Rəqsanə CeyLonun evi kimi necə ev tikdirə bilər? CeyLonun evinin qiymətini heç bilirsiniz? Sənətlə müqayisə etsinlər özlərini. Adama deyən lazımdır ki, CeyLonun villasından tikdirirsənsə, bütün Bakı arxanca niyə borca görə ağlayır? Niyə axtarırlar səni?

İradə İbrahimovanın bacısının salonunda işləyən qızın adına Rəqsanə bacısı üçün mağazadan telefon alıb. Hələ də onun pulunu ödəyib qutarmayıb. Bu xırda-xırda borcları niyə ödəmirsən? Əyninə geyindiyin paltara görə səni məhkəməyə vermişdilər. Əgər yaxşı adamsansa, niyə qaytarmırsan borclarını? Mənə onun vicdan borcu qalıb. Bir Allahı bilər, bir də özü. Adam gərək yalançı olmasın”.

Ü.Alovlu Rəqsanənin müğənni qızı Aysun İsmayılovanın səsinin olmamasını söyləyərək, onu ələ salıb:

"Qızı getsin oxumağı öyrənsin. Notlara düşmür. O qədər pafoslu çıxışlardansa, özünü öldürməkdənsə, musiqi müəllimin yanına getsəydi daha yaxşı olardı”.

Söz yazarı müğənnilərin fəaliyyətsizliyinə etiraz edərək, ifaçıları özünəməxsus şəkildə kateqoriyalara bölüb:

"Müğənnilərə yalnız mahnı yazıram. Digər fəaliyyət mənə maraqlı deyil. İnkişaf etmək istəyirəm. Prespektivi olan ifaçılar yoxdur. Hamı yatıb. Məlum məsələdir, bizdə prodüser mərkəzləri yoxdur. Bütün müğənnilər öz hesablarına dolanırlar. Son zamanlar toylar da səngidiyi üçün dəbdə də deyillər. Yalnız "A” və "C” kateqoriyada olan müğənnilərə təlabat var (gülür). Ona görə də "B”lər və "B”-dən aşağı olan orta prespektivli gənc ifaçılar gözlərini dikiblər toya. Birincilər yerini tutub bəkidiblər, aşağıdakılarda aşağıda qalıblar. Ortada da heç kim yoxdur. Boşluq var”.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazıdır - Hakan Fidan

“Türkiyə Ukraynada qeyd-şərtsiz atəşkəsin təmin edilməsi səylərini dəstəkləyir və ona əməl olunmasına nəzarət etmək üçün missiyanın bir hissəsini yerinə y...

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində - Bəzilərindən Azərbaycanda da var

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin...

Ağdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.   Sfera.az xəbər verir ki, dövlət ...

Dövlət başçısı Kəngərli kəndində inzibati binada yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamın Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada...

İsmayıllıda Heydər Əliyevə həsr edilən ümumrayon tədbiri keçirilib - FOTOLAR

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən ümumrayon tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbir İsmayıllı rayon Heyd...

Medvedyev Zelenskini siçan adlandırdı

Rusiya terrorla məşğul olmur və Ukraynaya gələn AB liderlərinə zərbə endirməyəcək.   Sfera.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası s...