Keçmiş Baş Nazir 101 yaşında vəfat etdi

Keçmiş Baş Nazir 101 yaşında vəfat etdi
 

Yaponiyanın sabiq Baş Naziri Yasuhiro Nakasone 101 yaşında vəfat edib.

Sfera.az  xəbər verir ki, o, səhər saat 7 radələrində Tokiodakı xəstəxanalardan birində dünyasını dəyişib.

Nakasone dünyanın ən uzunömürlü keçmiş liderlərindən biri, eyni zamanda Yaponiya tarixində ən çox yaşayan ikinci hökumət başçısı olub.

O, 1947-ci ildə Nümayəndələr Palatasına seçildikdən sonra 20 dəfə Liberal Demokratik Partiyası (LDP) üzvü olaraq bu palatada təmsil olunub.

Nakasone 1982-86-cı illərdə Baş Nazir kimi fəaliyyət göstərib. O, 1997-ci ildə Yaponiyanın ən yüksək mükafatı sayılan Ali Xrizantema ordeni ilə təltif olunub, 2003-cü ildə isə siyasəti tərk edib.


OXŞAR XƏBƏRLƏR