Malidə Fransa helikopterləri toqquşdu: 13 hərbçi öldü

Dünya
18:30 / 26.11.2019
6931
Malidə iki hərbi helikopterin toqquşması nəticəsində 13 Fransa hərbçisi həlak olub.
Sfera.az trend-ə istinadən bildirir ki, qəza terrorçulara qarşı əməliyyat keçirilən zaman baş verib.
Toqquşmanın digər təfərrüatları açıqlanmır.
Qeyd edək ki, noyabrın əvvəlində Fransa ordusu Mali, Burkina Faso və Niger sərhədlərində irimiqyaslı əməliyyata başladığını elan etmişdi.