Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

“Böyük Britaniya hökumətinin dəvəti ilə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Dövlət Şurasının baş nazirinin müavini He Lifen iyunun 8-dən 13-dək Böyük Britaniyada səfərdə olacaq. Səfər zamanı o, Çin-ABŞ ticarət və iqtisadi məsləhətləşmə mexanizminin ilk iclasını keçirəcək”, - məlumatda deyilir.

 

Çin və ABŞ arasında ticarət-iqtisadi məsləhətləşmələr mexanizmi mayın 10-11-də Cenevrədə keçirilən danışıqlardan sonra yaradılıb. İsveçrədə keçirilən həmin görüşdə Pekin və Vaşinqton may ayına qədər məbləği 100%-dən çox olan qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər.


OXŞAR XƏBƏRLƏR

Prokurorluğun vəzifəli şəxsi vəfat etdi

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. ...

Bakıdan Qazaxa getmək istəyənlərə ŞAD XƏBƏR

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.   Sfera.az bu barədə "Azərbaycan Dəmir Yolları"...

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfr...

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə paylaşım edib.   ...

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər - FOTO

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli ...

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...