Albaniyada güclü zəlzələ: 4 nəfər öldü, 150-dən çox insan yaralandı - VİDEO

Dünya
11:56 / 26.11.2019
1731
Albaniyada 6,4 bal gücündə zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Təkanlar paytaxt Tirananın 34 kilometr şimal qərbində, yerin 10 kilometr dərinliyində qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələ nəticəsində 4 nəfər ölüb, 150-dən çox insan isə yaralanıb. Ölkənin Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, ölənlərdən biri təşvişə düşərək, binadan tullandığı üçün həyatını itirib.