Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb

Sofiyada ermənilərin daha bir təxribatının qarşısı alınıb
 

"Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı”.

Sfera.az  xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtidadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər: "Ermənistandan olan bir deputat Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ məsələsinin Azərbaycan, Ermənistan və "Dağlıq Qarabağ xalqı"nın maraqlarına cavab verməli olduğunu dəfələrlə bildirdiyini açıqladı. Digər erməni deputat isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Bundan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri-şərtsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir əldə edə bilərdi”.

A.Mirzəzadə bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxışında Ermənistan nümayəndələrinin beynəlxalq tədbirdə "Artsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi.

Xatırladaq ki, ötən gün də QDİƏT PA-nın plenar iclasında Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb. Belə ki, Ermənistandan olan bir deputat çıxışında "Artsax"da "demokratik seçki keçirildiyini" elan edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan deputatının siyasi təxribatının qarşısının alınmasını tələb edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....