Zelenski Lukaşenkonun təklifini qəbul etmədi

Zelenski Lukaşenkonun təklifini qəbul etmədi
 

Ukrayna Prezidenti Vladimir Zelenski belaruslu həmkarı Aleksandr Lukaşenkonun Belarus sərhədçilərinin Rusiya sərhədində yerləşdirilməsi təklifini rədd edib.

"İnterfaks” xəbər verir ki, o, bu barədə Oçakov şəhərində gecə brifinqi zamanı danışıb.

Zelenskinin sözlərinə görə, Lukaşenko rəsmi Kiyev sərhədə nəzarəti ələ keçirmək üçün Minskə müraciət etdiyi halda mütləq kömək edəcəyini vəd edib. Ancaq Ukrayna Prezidenti ona təşəkkür edərək bundan imtina edib: "Düşünürəm ki, biz müstəqil ölkəyik və sərhədçilərimiz kifayət qədərdir”.

Qeyd edək ki, A. Lukaşenko bu ilin sentyabrında sülhməramlı qüvvələri Donbassa gətirməyə və Ukrayna-Rusiya sərhədinin bir hissəsini nəzarətə götürməyə hazır olduğunu, lakin bunun üçün Kiyev və Moskvanın razılığını almağın lazım olduğunu bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....