Məşhur model doğuş anına qədər hamilə olduğunu bilmədi - Foto

Məşhur model doğuş anına qədər hamilə olduğunu bilmədi - Foto

Avstraliyalı model Erin Lanqmeid gözlənilmədən ana olub.

Sfera.az  xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı model 37 həftə boyunca hamilə olduğunu bilməyib. Normal həyatına davam edən Erin hər gün çəkilişlərdə iştirak edib. Məlumata görə, Erin Lanqmeid bu müddətdə hamiləliyə qarşı dərmanlardan da istifadə edib. 

Bir gecə qəfildən özünü pis hiss edən E.Lanqmeid vanna otağına keçib. 10 dəqiqədən sonra isə o, dünyaya qız uşağı gətirib. Körpənin çəkisi 3,6 kiloqram olub. Uşağın tənəffüs yollarında problem olub. Həkim müdaxiləsindən sonra onun vəziyyəti normallaşıb. Model körpənin adını Ayla qoyub.

Həkimlərin dediyinə görə onun hamiləliyi gizlin keçib. Çox nadir rast gəlinən bu halda qadınlar uzun müddət hamilə qaldıqlarından xəbərsiz olurlar. Çünki belə hamiləlikdə orqanizmdə demək olar ki, heç bir dəyişiklik olmur. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...