Ronaldodan yeni rekordlar
10:47 / 18.02.2016
2950
Madrid "Real”ının ulduz hücumçusu Kriştianu Ronaldo dünən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə qarşılaşdıqları "Roma” ilə matçda yeni rekordlara imza atıb.
"Qafqazinfo” xəbər verir ki, portuqaliyalı futbolçu 2:0 qalib gəldikləri oyunda meydana çıxmaqla qitənin ən nüfuzlu klub turnirində qrup mərhələsindən sonrakı turlarda hamıdan çox oyun keçirən oyunçu kimi tarixə düşüb.
O, "Barselona”nın sabiq yarımmüdafiəçisi Xavi Ernandesin rekordunu yeniləyib. 56-cı matçına çıxan Ronaldo cavab qarşılaşmasında oynadığı təqdirdə rekordunu yüksəldəcək.
Bundan başqa superulduz ÇL-in pley-off mərhələsində vurduğu qolların sayını 40-a yüksəltməklə liderlik kürsüsünə oturub.
Qeyd edək ki, Ronaldo bu mövsüm Çempionlar Liqasında 12 qol vurub.