Siyavuş Novruzov: “Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə”

Siyavuş Novruzov: “Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə”

"Əvvəllər hər hansı intihar hadisəsi olanda müxalifət iqtidarın üzərinə atırdı ki, ehtiyacdan intihar edib”.

Sfera.az-ın APA-ya istinadla məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.

S. Novruzovun fikrincə, sonra məlum olurdu ki, həmin insanın maddi ehtiyacı olmayıb: "Statistikaya baxsaq, Skandinaviyada intihar Əfqanıstanda daha çoxdur”.

 

Bəzi verilişlərdə zorakılığın təbliğ olunmasını tənqid edən S. Novruzov qeyd edib ki, Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var: "Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa. Televiziyalarda bədii şuralar yaradıldı. Bir çoxunun beynindən sovetlər dövründəki bədii şura keçirdi ki, kiməsə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial şəbəkələr var, burada verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndirmə işləri aparılmalıdır”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu Konvensiyanın qəbulunun insan hüquqlarının müdafiəsi sahəsində bir nümunə olduğunu söyləyib: "Bu Konvensiyanı Avropa Şurasında müzakirə etmişik. Bir neçə müddət əvvəl Avropa Şurasının Prezidenti Azərbaycanda idi və onunla görüşlərdə bu Konvensiyanın qəbulunu gündəmə gətirdik. Sabah biz Avropa Şurasının sessiyasında iştirak edəcəyik. Spiker Oqtay Əsədov də bizimlə gedəcək, Strasburqda AŞPA-ya üzv olan ölkələrin parlament spikerlərinin toplantısında iştirak edəcək”.
Millət vəkili Qənirə Paşayeva qadınlara qarşı zorakılığın qarışının alınması ilə bağlı İstanbul Konvensiyasının da qəbul edilməsinin zəruri olduğunu vurğulayıb: "Bu Konvensiyanın imzalanması vacibdir. Bəzi qüvvələr də İstanbul Konvensiyanın imzalanmamasından istifadə edərək ölkəmizin imicinə zərbə vurmağa çalışırlar. Biz qadın zorakılığına qarşı mübarizəmizi də artırmalıyıq”.
 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...