Sürücülərlə bağlı yeni - QƏRAR

Sürücülərlə bağlı yeni - QƏRAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişikliyi təsdiq edib.

Bununla bağlı Kollegiyanın sədri, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qərar imzalayıb.
 

Qərarla nazirliyin Aparatının Hüquq şöbəsinə tapşırıq verilib.

Tapşırıqda bildirilib ki, şöbə bu qərarın qəbul edildiyi gündən üç gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə çatdırılmasını təmin etsin.

Qərarın icrasına nəzarət nazirliyin 2019-cu il 19 fevral tarixli 19020011499 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçiriləcək.

Dəyişikliyə gəlincə, 2.8-ci maddə yeni redaksiyada verilir. Belə ki, işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsi ilə müəyyənləşdirir. Həmçinin sürücüləri bu barədə məlumatlandırır.

2.12 maddədə də dəyişiklik edilib. Dəyişikliyə görə, işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə dəyişikliklər edərək nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edir.

Qərar "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və "e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Prezidentin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanının 3.3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə verilib. (oxu.az)

Həmçinin, Prezidentin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Kollegiya bu qərarı çıxarıb.
 

OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...