Azərbaycan kinosunun inkişafı üçün xərclər 6 milyon manat artırılır

Azərbaycan kinosunun inkişafı üçün xərclər 6 milyon manat artırılır

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə ayrılan vəsaitin 178,1 milyon manatı və ya 40,6 faizi mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlərinin maliyyə təminatına) xərclərinə ayrılacaq.

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəsaitin 52,0 milyon manatı və ya 11,9 faizi televiziya, radio və nəşriyyat xərclərinə ("Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi və s.), 55,1 milyon manatı və ya 12,5 faizi bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə (beynəlxalq və respublika səviyyəli idman və gənclər siyasəti tədbirlərinin keçirilməsinə), 154,0 milyon manatı və ya 35,1 faizi bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı (mədəniyyət sahəsində fəaliyyət göstərən publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər, qeyri-dövlət təşkilatlarına maliyyə yardımı, diaspora dəstək, Heydər Əliyev Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Muğam Mərkəzi və bu qəbildən olan digər mərkəzlərin saxlanılması, Mənəvi Dəyərlərin Təbliği Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və s.) xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

 

Eyni zamanda, 2020-ci il dövlət büdcəsində Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat (2019-cu illə müqayisədə 6,0 milyon manat və ya 5,0 dəfə çox), Azərbaycanın mədəniyyəti, tarixi, sosial- iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.

Qeyd edək ki, gələn üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinə 439,2 milyon vəsait yönəldiləcək. 



OXŞAR XƏBƏRLƏR

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...